[b]UEFA klublarımızı zənginləşdirdi[/b]
24.12.2014 - 18:10
[b]UEFA klublarımızı zənginləşdirdi[/b]

2013/14-cü il mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edən klublar UEFA-dan növbəti vəsaiti alıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”, “İnter”, “Neftçi” və “Xəzər Lənkəran” klublarının hərəsinin hesabına 30790 avro keçirilib.

 

Belə ki, UEFA-nın klub yarışlarında Maliyyə Fair Play qaydalarına əməl etmədikləri üçün cərimələnən klubların qazancından tutulan məbləğin digərləri arasında bölüşdürülməsində təmsilçilərimiz qazanc əldə edib. Çünki Avropa futbol qurumunun İcraiyyə Komitəsinin qərarına əsasən, həmin vəsait qeyd olunmuş mövsümdə UEFA-nın klub yarışlarında çıxış etmiş və qaydaları pozmamış klublar arasında bölünüb.

 

Nəticədə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş hər klub 261520, təsnifat mərhələsində çıxış etmiş hər klub 30790 avro alacaq. Bu məbləğlər UEFA tərəfindən Milli Assosiasiyalar vasitəsilə borcu olmayan müvafiq klublara göndərilir. Təmsilçilərimiz də bu yolla gəlir əldə edib.

 

Mənbə: affa.az