[b]UEFA oğurlanan medalın əvəzinə yenisini hazırlayacaq[/b]
09.01.2018 - 21:53
AÇ-2008-də bürünc medal qazanan Rusiya millisinin oyunçusu Vladimir Bıstrovun qənimətini oğurlayıblar. Apasport.az saytının məlumatına görə, “Tosno”nun yarımmüdafiəçisi bununla bağlı UEFA-ya müraciət edib.
Qitənin ali futbol qurumu hadisə ilə bağlı açıqlama verib: “Nə baş verdiyini bilirik. Artıq yeni medal sifariş olunub və hazır olan kimi Rusiyaya göndəriləcək. Bütün xərcləri isə UEFA qarşılayacaq”.
Qeyd edək ki, AÇ-2008-də Rusiya millisi Türkiyə yığması ilə birlikdə bürünc medalları qazanmışdı.
0
0