[b]UEFA prezidenti sentyabrda seçiləcək: 3 namizəd var[/b]
10.05.2016 - 19:43
[b]UEFA prezidenti sentyabrda seçiləcək: 3 namizəd var[/b]

Mişel Platinin futboldan uzaqlaşdırılmasından sonra UEFA-nın vakant prezident postuna seçkilər bu ilin sentyabr ayında keçirilə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiyanın “İzvestiya” nəşri xəbər yayıb.

 

Bildirilib ki, qurumun mayın 18-də baş tutacaq konqresində tarix dəqiqləşəcək və ictimaiyyətə açıqlanacaq.

 

Artıq prezidentliyə namizədlərin də adları açıqlanıb. Belə ki, Platinidən sonra onun boş qalan vəzifəsinə hazırda ali futbol təşkilatının vitse-prezdenti və Niderland Krallığı Futbol Federasiyasının rəhbəri olan 68 yaşlı Mixael van Praq, İspaniya Kral Futbol Federasiyasının prezidenti 66 yaşlı Migel Anxel Vilyar və İngiltərə Futbol Federasiyasının prezidenti Qrek Dayk əsas namizədlərdir.

 

Migel Anxel Vilyarın bu seçmilərdə daha şanslı olduğu və Avropanın bir çox federasiyalarının onu dəstəkləyəcəyi gözlənilir.

0