UEFA yeni qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qrumu qarşılaşma zamanı meydanda yıxılıb, halı pisləşən futbolçu üçün hakimlərə 3 dəqiqə matçları dayandırma səlahiyyətini verib.
Bu qərar ötən gün UEFA-nın icra heyətinin İsveçrənin Nyon şəhərində təşkil edilən yığıncağında açıqərarlaşdırılıb.
Bundan başqa, futbolçuya meydanda müdaxilə edilməsi və ya təcili olaraq xəstəxanaya aparılması lazım olan ciddi vəziyyətlərdə vaxt uzadılacaq.
Bütün UEFA təşkilatlarında etibarlı olacaq yeni tətbiq zamanı özünü yaxşı hiss etməyən oyunçunun yenidən matça davam edib-etməyəcəyinə komanda həkimləri qərar verəcək.
Beləcə, FIFA Sağlamlıq Qurumunda da qəbul edilən və icra heyəti təsdiqini gözləyən yeni tətbiq, ilk dəfə UEFA tərəfindən həyata keçiriləcək.