UEFA-nın yeni layihəsi Millətlər Liqasının keçirildiyi dövrdə Avropanın bəzi komandaları yoxlama oyunlarında qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, üç komandanın yer aldığı qruplarda mübarizə aparan yığmalar buraxmalı olduqları turu boşa verməmək üçün sınaq görüşlərinə çıxacaq.
Qitə futbol qurumu rəsmi saytında millilərin turnir zamanı keçirəcəyi yoxlama oyunların siyahısını dərc edib. Millətlər Liqasının oyunlarının baş tutacağı sentyabr-noyabr aylarında avropalıların iştirakı ilə 30 yoxlama görüşünün keçiriləcəyi dəqiqləşib.
Millilərin payız sınaqlarında digər qitə təmsilçiləri də rəqib kimi meydana çıxacaq. ABŞ, Peru, Uruqvay, İordaniya, Qətər “Köhnə qitə” üçün sınaqçı rəqib olacaq.
Azərbaycan millisi turnirin D liqasında – 4 komandalı qrupda yer aldığından turlar zamanı yoxlama matçı keçirmək imkanına malik deyil. Əvəzində ölkəmizdə çıxış edən bəzi legionerlər üçün yoxlama oyunlarında rəqiblər bilinir. “Qarabağ”lı İbrahim Şehiçin şərəfini qoruduğu Bosniya və Herseqovina Türkiyə ilə İspaniya önündə “imtahan verəcək”. Onun klubdakı komanda yoldaşı Ansi Aqollinin uzun illər şərəfini qoruduğu, lakin son matçlarına dəvət almadığı Albaniya isə İordaniya və Uelslə görüşəcək.
I tur
5 sentyabr
Slovakiya – Danimarka
6 sentyabr
Avstriya - İsveç
Hollandiya – Peru
Portuqaliya – Xorvatiya
7 sentyabr
Şotlandiya – Belçika
II tur
9 sentyabr
Almaniya – Peru
10 sentyabr
Rusiya - Çexiya
11 sentyabr
İngiltərə - İsveçrə
Şimali İrlandiya – İsrail
Polşa – İrlandiya
III tur
10 oktyabr
Albaniya – İordaniya
İtaliya - Ukrayna
11 oktyabr
Fransa – İslandiya
Türkiyə - Bosniya və Herseqovina
Uels – İspaniya
IV tur
14 oktyabr
Şotlandiya – Portuqaliya
15 oktyabr
Xorvatiya – İordaniya
16 oktyabr
Belçika – Hollandiya
Danimarka – Avstriya
İsveç – Slovakiya
V tur
14 noyabr
İsveçrə - Qətər
15 noyabr
İngiltərə - ABŞ
Almaniya – Rusiya
İrlandiya – Şimali İrlandiya
Polşa – Çexiya
VI tur
18 noyabr
İspaniya – Bosniya və Herseqovina
20 noyabr
Albaniya – Uels
Fransa – Uruqvay
İtaliya – ABŞ
Ukrayna – Türkiyə