[b]Ukrayna yığması Azərbaycana gələcək[/b]
07.01.2016 - 10:30
[b]Ukrayna yığması Azərbaycana gələcək[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yoxlama görüşü üçün daha bir rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, millimiz bu ölkənin U-17 komandası ilə qarşılaşacaq.

 

Yanvarın 18-24-də Minskdə “Development Cup” turnirində iştirak edəcək ukraynalılar mart ayında ölkəmizə gələcəklər. Çünki həmin ayın əvvəllərində Aleksandr Petrakovun yetirmələri yığmamızla iki yoxlama görüşündə üz-üzə gələcək.

 

Bu matçlarla hazırlığını tamamlayacaq Ukrayna millisi martın sonlarında AVRO-2016-nın elit-raundunda Finlandiya, Türkiyə və İngiltərə ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Azərbaycanda təşkil ediləcək U-17-lər arasında Avropa çempionatının final mərhələsinin oyunları bu il mayın 5-21-i aralığında keçiriləcək.