[b]Ulduz futbolçu gecə klubunda dalaşıb[/b]
27.10.2017 - 13:10
[b]Ulduz futbolçu gecə klubunda dalaşıb[/b]

“Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal yenidən meydandan kənardakı davranışı ilə gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, çilili futbolçu bu dəfə dava-dalaş iştirakçısı olub.

 

Hadisə Münhenin gecə klublarının birində baş verib. Belə ki, Vidalın qardaşı və dostları ilə birlikdə əyləndiyi gecə klubunda ixtişaş yaşanıb. Bir nəfər polisə şikayətində butulka ilə başına zərbə vurulduğunu söyləyib. Lakin o, bunu Vidalın və onunla birgə gələnlərin etmədiyini bildirib. Həmin şəxs futbolçu və əhatəsinin yalnız bundan sonra davaya qarışdığını vurğulayıb.

 

Hadisəni təsdiqləyən Münhen polisi istintaq başladıb. “Bavariya” tərəfi isə məsələyə heç bir rəsmi münasibət bildirməyib.