“Samir Mirzəyevin vəziyyəti ilə mütəmadi maraqlanırıq. Durumu gündən-günə yaxşılığa doğru dəyişir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Avroliqanın qrup mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Dnepr” oyunu zamanı Respublika stadionunun dəmir qapılarından biri azyaşlı azarkeş Samir Mirzəyevin üzərinə aşmışdı. Hadisə zamanı kəllə-beyin travması alan, həmçinin oma və diz sümüyü sınan azarkeş dərhal xəstəxanaya aparılmışdı.
İbrahimovun sözlərinə görə, hazırda ev şəraitində müalicə alan Mirzəyevin durumu normaldı: “Samirin ayağı 40 gün gipsdə qalmalı idi. Elə indicə onunla əlaqə saxladım. Uzanıqlı vəziyyətdə müalicəsini davam etdirir. Yəqin ki, dekabrın ortalarında gipsi çıxarılacaq. Aldığı kəllə-beyin travmasına gəlincə, başında yüngülvari ağrılar qalıb. Dediyinə görə, başı gah ağrıyır, gah yox. Tədricən bu da keçəcək”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı