[b]Van Persi “Barselona”da?[/b]
16.10.2015 - 13:59
[b]Van Persi “Barselona”da?[/b]

“Fənərbaxça”nın və Hollandiya yığmasının hücumçusu Robin van Persi karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Barselona” danışıqlara başlayıb.

 

Bu məqsədlə Kataloniya klubunun idman direktoru Roberto Fernandes Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Hollandiya – Çexiya (2:3) matçını tribunadan izləyib.

 

“Barselona” rəhbərliyi van Persini qış transfer dövründəcə heyətinə qatmaq arzusundadı.

 

Qeyd edək ki, karyerası ərzində “Feyenord”, “Arsenal” və “Mançester Yunayted” klublarının da formasını geyinmiş van Persi yaydan “Fənərbaxça”nın uğurları üçün çalışır.