[b]Vaqif Cavadov “Qaziantep BB”dən kənarlaşdırıldı[/b]
06.01.2015 - 17:49
[b]Vaqif Cavadov “Qaziantep BB”dən kənarlaşdırıldı[/b]

Türkiyə PTT I liqa təmsilçisi “Qaziantep BB” daha bir azərbaycanlı futbolçu Vaqif Cavadovla da yollarını ayırıb. Apasport.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, heyətdə islahatlar aparan Qaziantep təmsilçisinin yola saldığı oyunçulardan biri də Cavadov olub.

 

Milli komandamızın hücumçusu ilə yanaşı, Muhammed Demirci, Özgür Öçal, Ahmet Devret, Gökay İravul, Jozef Çınar və Fərdi Coşkun da “Qaziantep BB”dən göndərilib.

 

Qeyd edək ki, “Qaziantep BB” digər azərbaycanlı futbolçu Rəhman Hacıyevlə ötən ay yollarını ayırmışdı.