[b]Vaqif Cavadov: Ola bilsin Rusiya klubuna keçdim[/b]
19.05.2014 - 11:28
“Xəzər Lənkəran”dan mənə təklif gəlməyib”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun hücumçusu Vaqif Cavadov deyib.
Millimizin üzvü bildirib ki, növbəti mövsümdə hansı klubun formasını geyinəcəyinə mayın 28-də ABŞ-la baş tutacaq yoldaşlıq görüşündən sonra aydınlıq gələcək: “Xidmətimdə bir neçə komanda maraqlıdır. Amma əmin olun ki, həmin klublar arasında “Xəzər Lənkəran” yoxdur. Xaricdə oynamaq haqda düşünürəm. Ola bilsin Rusiya klubuna keçdim. Alınsa, gedəcəm, alınmasa yerli klublardan birinə üstünlük verəcəm”.
0
0