[b]Vaqif Cavadov Antep derbisində 1 xala sevindi[/b]
18.12.2014 - 00:34
[b]Vaqif Cavadov Antep derbisində 1 xala sevindi[/b]

Türkiyə kubokunun qrup mərhələsinin II turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın formasını geyindiyi “Qaziantep BB” növbəti görüşünə çıxıb.

 

Futbolçularımızın komandası Superliqa klubu “Qaziantepspor”la üz-üzə gəlib. Antep derbisində qol səsi eşidilməyib. Komandaların ciddi cəhdlərinə baxmayaraq, matç 0:0 hesabı ilə başa çatıb.

 

Bu qarşılaşmada yalnız Vaqif forma geyinib. Start heyətdə meydana çıxan Cavadov 90 dəqiqə mübarizə aparıb. Digər oyunçularımızın adları isə heç “18-liy”ə belə salınmayıb.