[b]Vaqif Cavadov oynadı, Branimir Subaşiç izlədi[/b]
08.02.2015 - 21:31
[b]Vaqif Cavadov oynadı, Branimir Subaşiç izlədi[/b]

Yığmamızın futbolçusu Vaqif Cavadovun formasını geyindiyi “Boluspor” Türkiyə PTT I Liqasının XIX turunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası millimizin digər hücumçusu Branimir Subaşiçin heyətində çıxış etdiyi “Manisaspor”la üz-üzə gəlib.

 

Qarşılaşma “Boluspor”un qələbəsi ilə yekunlaşıb – 1:2.

 

Komandasının 3 xal qazandığı matçda Cavadov meydana çıxmaq üçün son - 90-cı dəqiqədə şans əldə edib. Vaqifdən fərqli olaraq, serb əsilli azaərbaycanlı forvard oynamayıb. Subaşiçin adı “18-liy”ə salınmayıb.

 

Qeyd edək ki, hazırda aktivində 26 xal olan “Boluspor” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır. “Manisaspor” isə 17 xalla 17-ci yerdədi.