“Biz Vaqifin qalmasını istəyirik. Ancaq şərtləri klub rəhbərliyi müəyyənləşdirəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Keşlə” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Baş məşqçi AZAL-dan ayrıldıqdan bəri klubsuz qalan və bir müddətdi “Keşlə”nin məşqlərində iştirak edən Vaqif Cavadovla bağlı müsbət fikirdədi.
Məmmədov milli komandamızın sabiq hücumçusunun böyük ehtimalla klubla müqavilə imzalayacağını bildirib: “Vaqif özü də komandada qalmaq istəyir. Müqavilə şərtləri rəhbərliklə üst-üstə düşsə, 100 faiz qalacaq. İnşallah, qış fasiləsindən sonra onu “Keşlə”nin heyətində görə biləcəyik. Mən də bunu arzulayıram. Vaqif dəyərli futbolçudu və fiziki cəhətdən 60-70 faiz hazırdı. İdeal formasından bir az uzaq olsa da, qarşıda çox vaxtı var. İnanıram ki, əvvəlki Vaqif Cavadov olaraq Azərbaycanın yaşıl meydanlarına dönəcək”.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısını AZAL-da keçirən Vaqif Cavadov cari mövsümün əvvəlindən klubsuzdu.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı