[b]Vaqif Cavadov Türkiyəni rekordçu kimi tərk edir[/b]
08.01.2015 - 18:50
[b]Vaqif Cavadov Türkiyəni rekordçu kimi tərk edir[/b]

Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovun Türkiyə karyerası yarım mövsüm davam edib. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin yayında I liqa təmsilçisi “Qaziantep” BB-yə keçən hücumçu qış fasiləsinədək 15 çempionat və 6 kubok görüşündə iştirak edib.

 

Cavadov bununla da Qaziantep təmsilçisinin rekordçusu olub. O, bu müddətdə hamıdan çox – 21 görüşdə iştirak edib.

 

Vaqif çempionatda Koksal Yedekdən (16) az oynasa da, sonuncu kubok matçlarında iştirak etməyib. I liqada həmyerlimiz kimi 15 oyuna çıxanlar da digər yarışda az iştirak ediblər. Kubokda isə həmyerlimiz ən çox oyun keçirən 4 futbolçudan biridir.

 

Həmyerlimiz çempionatda 697, kubokda isə 468 dəqiqə oynamaq imkanı qazanıb. Bu rəqəmlərin o qədər də yüksək olmaması onun start heyətində cəmi 10 dəfə yer alması ilə bağlıdıır. Vaqif 6 çempionat və 4 kubok görüşdən ilk dəqiqələrdən çıxıb.

 

Qeyd edək ki, Cavadov 21 görüşdə cəmi 3 qol vurub. Bunların ikisi çempionat, 1-i kuboka təsadüf edib.