“Məşqçilər Komitəsinin sədri vəzifəsinə kimin təyin edilməsi elə də önəmli deyil”. Bunu apasport.az saytına açıqlamasında millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.
AZAL-dan ayrılandan bəri işsiz olan təcrübəli mütəxəssis Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şahin Diniyevin də tərkibində olduğu Məşqçilər Komitəsinə sədr təyin edilib. Daha təcrübəli Mircavadov qala-qala, Sadıqovun sədr seçilməsi özü üçün də sürpriz olub: “Açığı, sədrliyin mənə həvalə ediləcəyini gözləmirdim. Amma əvvəldən də öz aramızda demişdik ki, kimin sədr seçilməsinin fərqi yoxdu. Bu mənada, digər həmkarlarımın reaksiyası yaxşı oldu, təbrik etdilər. Əsas niyyətimiz eyni olsun. Hamımız Azərbaycan futbolunun inkişafına çalışmalıyıq”.
Məşqçilər Komitəsinin üzvləri dekabrın 5-də AFFA-nın baş katibi Elxan Məmmədovun qəbulunda olacaq. Bu görüşdə Sadıqov və həmkarlarının konkret hansı işlə məşğul olacaqları özlərinə bildiriləcək.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək