Gələn mövsümdən etibarən “Arsenal”ın kapitanı dəyişəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hazırkı kapitan Mikel Arteta yayda komandanı tərk edəcək.
Komandanın oyun sisteminə artıq uyğun gəlməyən və əsas heyətdə müntəzəm çıxış etməyən 34 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunda yolların ayrılması qərara alınıb. Baş məşqçi Arsen Venger isə kapitanlıq sarğısını uzun müddət komandanın formasını geyinənlərdən birinə vermək fikrində deyil. O, ötən yayda “Çelsi”dən keçən təcrübəli qapıçı Petr Çexi gələn mövsümdən komandanın kapitanı təyin edəcək.
“Topçular” Mikel Artetaya karyerasını bitirməsini və komandanın məşqçilər korpusunda yer almasını təklif edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”