[b]Vengerin əvəzinə Qvardiolanın köməkçisi[/b]
19.12.2017 - 09:21
[b]Vengerin əvəzinə Qvardiolanın köməkçisi[/b]

“Arsenal” rəhbərliyi mövsümün sonunda komandanın baş məşqçisi postunda dəyişiklik etmək niyyətindədi. Apasport.az saytı “The Telegraph”a istinadən xəbər verir ki, “topçular” indidən Arsen Vengerə əvəzləyici axtarışına çıxıblar.

 

London təmsilçisinin uyğun gördüyü ilkin namizəd Mikel Artetadı. “Arsenal”ın sabiq yarımmüdafiəçisi hazırda “Mançester Siti”də Xosep Qvardiolanın köməkçisi funksiyasını yerinə yetirir.

 

35 yaşlı çalışdırıcı ilə danışıqlara start verilib.

 

Qeyd edək ki, futbolçu karyerasını 2016-cı ildə “Arsenal”da bitirən Arteta elə həmin ildən “Mançester Siti”də fəaliyyətə başlayıb.