[b]Vengerin yerinə alman namizəd[/b]
26.04.2018 - 15:56
[b]Vengerin yerinə alman namizəd[/b]

"Arsenal" mövsüm sonunda Arsen Vengerdən boşalacaq baş məşqçi postuna namizəd axtarışındadı. Apasport.az saytının "Sky Sports"a istinadən məlumatına görə, son olaraq, "Leyptsiq"in idman direktoru Ralf Ranqnikin adı "topçular"ın siyahısına əlavə olunub.

 

Ranqnik alman futbolunda ən önəmli simalardan biri hesab olunur. O, daha öncə "Hoffenhaym, "Şalke", "Ştutqart" kimi komandaları çalışdırıb.

 

"Barselona"nın sabiq baş məşqçisi Luis Enrike, Pep Qvardiolanın köməkçisi Mikel Arteta və "Nyu-York Siti"ni çalışdıran Patrik Vieyra kimi mütəxəssislərin adları da "Arsenal"la birgə hallanır.