Vaxtilə futbolçu və məşqçi kimi “Kəpəz”ə xidmət etmiş Vidadi Rzayev doğma komandasına qayıdıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis 19 yaşlılardan ibarət komandanın baş məşqçisi təyin edilib.
O, bu postda Fuad İsmayılovu əvəz edib. Bununla belə, İsmayılov da komandanı tərk etməyib. O, Rzayevin köməkçisi təyin edilib.
U-19 komandasında köməkçi məşqçi işləmiş Tofiq Məmmədov isə klubun 16 yaşlılardan ibarət komandasının baş məşqçisi olub.
Qeyd edək ki, Vidadi Rzayev müxtəlif vaxtlarda “Kəpəz”də məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu komanda birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi