“Zirə” kimi kluba keçdiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, bu komanda ilə titul qazanacam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə” klubunun futbolçusu Viktor İqbekoyi deyib.
Uzun müdddətdi Azərbaycanda çıxış edən nigeriyalı legioner bu yay keçdiyi yeni klubu ilə böyük uğurlar qazanmaq arzusundadı: “Ən böyük məqsədim Azərbaycan çempionu olub, komandamla birlikdə Çempionlar Liqasının qrupunda çıxış etməkdi. Artıq yeni mövsümün hazırlıqlarını bitirmək üzrəyik. “Zirə” ilə təlim-məşq toplanışını başa vurub, Bakıya qayıtmışıq. Mən və komanda yoldaşlarım iddialıyıq. Biz etimadı doğrultmaq, avrokuboklara vəsiqə qazanmaq niyyətindəyik”.
Qeyd edək ki, “Zirə” Premyer Liqada ilk mövsümünü keçirəcək.