[b]Vladimir Levinin nömrəsini əlindən aldılar[/b]
08.01.2015 - 09:15
[b]Vladimir Levinin nömrəsini əlindən aldılar[/b]

"Qəbələ"nin qış fasiləsində heyətinə qatdığı futbolçuların neçə nömrəli forma ilə çıxış edəcəkləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadiqov və Aleksey Qayın mövsümün ikinci yarısında geyinəcəyi formanın nömrəsi bəlli olub.

 

Belə ki, Sadiqov 6, Qay isə 19 nömrəli forma ilə meydana çıxacaq. Komandada 19 nömrəli formanı geyən yox idisə, 6-nın sahibi Vladimir Levin idi. Zədəli olan müdafiəçi uzun müddət meydanlardan kənarda qalmışdı ki, ardınca da nömrəsi əlindən alınıb.

 

Əvvəllər də bu nöpmə altında çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi bunu belə əsaslandırıb: "Uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış etmişəm. Mənə düşərli olduğunu düşünürəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam".

 

Elə Qay da özü üçün doğma nömrəni seçib: "19 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda - "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdür".