[b]Niko Kovaç Xorvatiya yığmasından istefaya göndərilir[/b]
08.09.2015 - 08:20
[b]Niko Kovaç Xorvatiya yığmasından istefaya göndərilir[/b]

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç istefaya göndəriləcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb “damalılar”ın son görüşlərdə qazandığı uğursuz nəticələrdi.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qolsuz heç-heçə edən, ardınca isə Norveçə uduzan (0:2) Xorvatiya yığmasında baş məşqçi ilə futbolçular arasında konflikt yaranıb.

 

Norveçlə görüşdən sonra futbolçularını tənqid edən Kovaç əvəzində Luka Modriçin narazılığı ilə üzləşmişdi.

 

Modriç də daxil olmaqla, komanda üzvlərinin Kovaçın tətbiq etdiyi taktikanı bəyənmədikləri iddia edilir.

 

Xorvatiya yığmasının turnir cədvəlində 3-cü pilləyə düşməsi ölkənin futbol federasiyasının rəhbərliyini də narazı salıb.

 

Yaxın günlərdə İcraiyyə Komitəsinin iclası keçiriləcək. Kovaçın məhz həmin toplantıda istefaya göndəriləcəyi bildirilir.