“Futbolçular Norveçlə oyunda tam gücləri ilə oynamadılar? Bu, baş məşqçinin fikridi. Mən isə elə düşünmürəm. Komandanın hər bir üzvü bütün gücünü meydanda qoydu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının ulduz futbolçusu Luka Modriç deyib.
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla heç-heçə (0:0) etdikdən sonra Norveçə uduzan (0:2) Xorvatiya yığması hazırda əsas müzakirə obyektidi.
Matçdan sonra keçirilən mətbuat konfransında Kovaç futbolçulardan narazılığını dilə gətirib və uğursuz nəticələrdə onları günahlandırıb.
Bununla razılaşmayan Modriç isə özünün və milli yoldaşlarının tərəfini saxlayıb: “Hər kəsin öz fikri var. Norveçlə matçda oyunumuz alınmadı. Buna rəğmən, əlimizdən gələni etdik. Ancaq işlər planlaşdırdığımız kimi getmədi. Nəticədə məğlubiyyətlə üzləşdik”.
Qeyd edək ki, Xorvatiya yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində son oyunlarını oktyabrın 10-da Bolqarıstan, 13-də isə Maltaya qarşı keçirəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA