[b]Dənizli olmasa, yadelli[/b]
11.02.2014 - 15:16
[b]Dənizli olmasa, yadelli[/b]

Baş məşqçi Mustafa Reşit Akçayla yollarını ayıran “Trabzonspor” “Xəzər Lənkəran”ı başsız qoymaqda israrlıdır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidentinin İbrahim Hacıosmanoğlunun təklif yolladığı ilk şəxs “ağ-yaşıllar”ın çalışdırıcısı Mustafa Dənizli olub.

 

Lakin Dənizlidən “yox” cavabı almaq ehtimalını gözə alan Qara dəniz təmsilçisinin alternativ variantı da var. Mustafa bəy ötən ilin dekabrından rəhbərlik etdiyi “Xəzər Lənkəran”ı yarıyolda qoymaq istəməyəcəyi təqdirə, adı gizli saxlanılan əcnəbi mütəxəssis “Trabzonspor”un başına gətiriləcək.

 

Qeyd edək ki, “Trabzonspor”a müvəqqəti olaraq, Akçayın köməkçisi Hami Mandıralı rəhbərlik edəcək.