Sabah Topaz Premyer Liqasında bir oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, III turun AZAL – “Neftçi” görüşü milli komandaların oyunları ilə əlaqədar qısa fasiləyə təsadüf edəcək.
2014-cü il avqustun 24-də keçirilməli olan paytaxt derbisi “ağ-qaralar”ın Avropa Liqasında iştirakı üzündən təxirə salınmışdı. Təxminən 6 ay sonra baş tutacaq görüşə komandalar fərqli əhval-ruhiyyədə çıxacaq.
Bu matç rəqiblərin 25 gün ərzində ikinci dueli olacaq. Yanvarın 31-də, 2015-ci ilin ilk turunda üz-üzə gələn rəqiblər 24 gün sonra yenidən eyni məkanda qarşılaşacaq. “AZAL Arena”dakı 1:2 hesablı məğlubiyyətin qisasına almağa çalışacaq Arif Əsədovun yetirmələri gümüş medal uğrunda mübarizə aparmaq üçün qalib gəlməlidi.
Avrokuboklara vəsiqə şansını qoruyan AZAL isə 4-cü pilləyə daha da yaxınlaşmaq imkanından yararlanmaq niyyətindədi. “Simurq”dan 4 xal geridə qalan Tərlan Əhmədovun yetirmələri bu fərqi minimuma endirə bilər.
Qeyd edək ki, sabah meydana çıxacaq paytaxt təmsilçiləri futbolçuları Azərbaycan millisinin Antalya toplanışına çağırılmayıb.
III turdan təxirə salınan oyun
24 fevral
15:00. AZAL – “Neftçi”
Əvvəlki oyunların nəticələri: 0:4, 2:1
Bakı. “AZAL Arena” stadionu
|
1 |
Qarabağ |
20 |
14 |
4 |
2 |
36-18 |
46 |
|
2 |
İnter |
20 |
9 |
10 |
1 |
33-9 |
37 |
|
3 |
Neftçi |
20 |
9 |
6 |
5 |
25-16 |
33 |
|
4 |
Simurq |
21 |
8 |
5 |
8 |
30-24 |
29 |
|
5 |
AZAL |
20 |
6 |
7 |
7 |
22-28 |
25 |
|
6 |
Qəbələ |
21 |
6 |
7 |
8 |
25-31 |
25 |
|
7 |
Xəzər L |
20 |
5 |
5 |
10 |
24-29 |
20 |
|
8 |
Sumqayıt |
20 |
4 |
5 |
9 |
20-28 |
19 |
|
9 |
Bakı |
20 |
2 |
5 |
13 |
14-46 |
11 |
Bombardirlər: Nurlan Novruzov (“Bakı”), Draqan Çeran (“”Simurq”) – 10 qol.