Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklara vəsiqə verən mükafat uğrunda mübarizədə yarımfinalçılar müəyyənləşəcək.
Eyni gündə baş tutacaq cavab oyunları ərəfəsində bütün cütlərdə meydan sahiblərinin cüzi üstünlüyü var. Bu da onların səfərdəki ilk matçdan məğlubiyyətsiz dönməsi ilə bağlıdır.
“Rəvan”ı qəbul edəcək “Bakı”nın üstünlüyü daha böyükdür. Paytaxtın eyniadlı təmsilçisi rəqib meydanında qazandığı minimal hesablı qələbədən sonra 1/2 finalın 1 addımlığındadır.
İki paytaxt klubunun qarşılaşdığı digər matçda isə “Neftçi” “İnter”i qəbul edəcək. Çempionatda mükafatlar uğrunda mübarizə aparan rəqiblərin ilk görüşündə qalib müəyyənləşməmişdi. Lakin səfər qolu “Neftçi”yə cüzi üstünlük verir. Çünki “ağ-qaralar” qolsuz heç-heçə ilə də mərhələ adlayacaq.
“Xəzər Lənkəran” da eyni üstünlüyə malikdir. “Araz-Naxçıvan”ı qəbul edəcək cənubluları öz meydanında qolsuzluq da qane edir. I divizion təmsilçisi isə sensasiya üçün qalib gəlməli və ya 2-dən çox qol vurub heç-heçə etməlidir.
Artıq 3-cü dəfədir 1/4 finalda qarşılaşana “Qarabağ”la “Qəbələ” əvvəlki illərdə olduğu kimi yenə bərabərliklə ayrılıb. Lakin bu dəfə Qəbələdə qolsuz bərabərlik olub. Səfər qolu sayəsində 2 dəfə rəqibini dayandıran ağdamlılar bu dəfə evdə qalib gəlməlidir.
Qeyd edək ki, Azərbaycan kubokunun qalibi Avropa Liqasına II təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
19 mart (çərşənbə)
14:00. “Bakı” – “Rəvan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
İlk oyun – 1:0
16:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”
“Xəzər Lənkəran”mərkəzi şəhər stadionu
İlk oyun – 1:1
17:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0
19:00. “Neftçi” – “İnter”
“Bakcell Arena” stadionu
İlk oyun – 1:1
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək