[b]Yaşar Seyidov: ... apellyasiya şikayəti göndərəcəyik[/b]
09.12.2014 - 13:33
[b]Yaşar Seyidov: ... apellyasiya şikayəti göndərəcəyik[/b]

“Nurlan Novruzova və “Bakı” klubuna kəsilən cəzadan xəbərdarıq. Hələ ki, hansı addım atacağımızı müəyyənləşdirməmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.

 

“Sumqayıt”  – “Bakı” matçında qonaqların hücumçusu Nurlan Novruzov qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, “zolaqlılar”a isə 2000 manat cərimə kəsilib. Halbuki gənc futbolçu bir neçə gün öncə saytımıza açıqlamasında həmin epizodda rəqib futbolçuya qarşı kobud oynamadığını bildirmişdi. Bu mənada, “Bakı”nın kəsilən cəza ilə bağlı apellyasiya şikayəti göndərmək hüququ var.

 

Seyidovun sözlərinə görə, buna həmin epizodun dəyərləndirilməsindən sonra qərar veriləcək: “Belə baxanda, birbaşa qırmızı alıb və buna görə, futbolçu 2 oyunluq cəzalandırılır. Ancaq mən Nurlanla danışdım, o deyir ki, rəqib oyunçuya heç nə etməyib. Epizoda bir daha baxmaq lazımdı. Məşqçilərimizin iştirakı ilə həmin epizodun dəyərləndirməsini aparacağıq. Əgər görsək ki, Nurlanın dediyi kimi, heç nə yoxdur, onda apellyasiya şikayəti göndərəcəyik”.