[b]Yaşar Seyidov: ...növbəti mövsüm 5-ci pilləni tuta bilərik [/b]
26.05.2014 - 11:10
[b]Yaşar Seyidov: ...növbəti mövsüm 5-ci pilləni tuta bilərik [/b]

“Klub prezidenti Hafiz Məmmədov ötən həftə Lissabonda Çempionlar Liqasının finalını baş məşqçimiz Milinko Pantiçlə birgə izləyib. Sonra onlar Madridə yollanıblar”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.

 

Maliyyə problemi azmış kimi, “Bakı”nın növbəti mövsüm üçün strategiyasının tam müəyyənləşməməyi əsas komandada olan futbolçuların özlərinə yeni klub tapmasına gətirib çıxarıb. Artıq bunlardan Elvin Məmmədov “İnter”lə müqavilə bağlayıb.

 

Bununla belə, Rauf Əliyev, Əfran İsmayılov, Cavid Hüseynovun da komandadan ayrılmaq ehtimalı yüksəkdir. Ancaq Seyidov narahatçılığa heç bir əsas görmür: “Hələ ki, Pantiçlə Hafiz müəllimin görüşü haqqında heç bir məlumatım yoxdur. Ancaq yaxın günlərdə hər şeyə aydınlıq gələcək. Kim komandadan ayrılıbsa, gedənə yaxşı yol, qalana cansağlığı. İnanın mənə, əsas oyunçular komandadan getsə belə, biz növbəti mövsüm klubumuzun akademiyasının futbolçuları ilə də bu V pilləni tuta bilərik”.