[b]Yekun matçın hazırlıqları başladı[/b]
18.05.2016 - 01:25
[b]Yekun matçın hazırlıqları başladı[/b]

“Qəbələ” Topaz Premyer Liqasının XXXVI turunun “Kəpəz”lə oyununun hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, 35-ci turun AZAL-la ev oyunundan (2:0) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.

 

Dünən başlayan hazırlıqlarda komanda üzvləri iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici hazırlıq keçib. Digər futbolçular isə toplu çalışmalara üstünlük verib.

 

Roman Qriqorçukun yetirmələri mövsümün son oyununun hazırlığını bu gün öz stadionunda keçirəcəyi məşqlə davam etdirəcək.

 

Xatırladaq ki, mayın 20-də baş tutacaq “Kəpəz” - “Qəbələ” oyunu Gəncə şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

0