[b]Yenə məğlubiyyət[/b]
28.10.2017 - 10:50
[b]Yenə məğlubiyyət[/b]

“Səbail” Premyer Liqada ilk səfər xalının həsrətindədi. Apasport.az saytının məlumatına görə, yüksək liqanın debütantı rəqib meydanında keçirdiyi bütün oyunlarda uduzub.

 

Samir Əliyevin yetirmələri bu seriyanı artıq 3-ə çatdırıb. Premyer Liqanın X turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzan paytaxt klubu əvvəlki 2 səfərdən də xalsız ayrılıb.

 

“Səbail” I turda “Zirə”yə 1:2, III turda “İnter”ə 0:1 hesabı ilə uduzmuşdu. Sonra ardıcıl 5 ev oyunu keçirən bakılılar 3-cü səfərində də xal görməyib.