Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 211 komandası yer alıb.
Hesabat dövründə cəmi 6 yoxlama oyunu keçirildiyindən cədvəldə cüzi dəyişikliklər olub. Beş həftəlik hesabat dövründə heç bir oyuna çıxmayan Azərbaycan yığmasının mövqeyi dəyişməz qalıb. Qurban Qurbanovun baş məşqçisi olduğu millimiz 245 xalla yenə 126-cı yerə şərikdi.
Lakin ötən ayla Sudanla Sent-Kitts və Nevis eyni xala malik idisə, artıq sonuncular mövqeyini əldən verib. Azərbaycan isə 126-cı sıranı Sudanla bölür.
Millimiz və qonşuları
122 (122). Tailand - 253
123 (123). Ruanda – 252
124 (124). Antiqua və Barbuda – 251
124 (125). Yəmən - 251
126 (126). Azərbaycan – 245
126 (126). Sudan - 245
128 (129). Türkmənistan - 242
128 (129). Toqo – 242
130 (126). Sent-Kitts və Nevis – 241
Dünyanın ən güclü 10 komandasının siyahısında da dəyişikliklər baş verməyib. Dünya futbolunun liderlərindən yalnız ikisinin xal hesabı dəyişib. Almaniya 11, Polşa 10 xal artımına sevinib.
İlk “onluq”
1 (1). Almaniya - 1544
2 (2). Braziliya - 1384
3 (3). Belçika - 1346
4 (4). Portuqaliya - 1306
5 (5). Argentina - 1254
6 (6). İsveçrə - 1179
7 (7). Fransa – 1166
8 (8). İspaniya – 1162
9 (9). Çili – 1146
10 (10). Polşa - 1128
Siyahıda yer alan millimizin rəqiblərindən Qazaxıstan 2, Farer adaları 1 pillə irəliləyib. Millətlər Liqası və yoxlama oyunlarındakı rəqiblərdən Qırğızıstan, Latviya, Kosovo, Farer adaları və Maltanın həm yeri, həm də xal hesabı dəyişməz qalıb.
Millimizin rəqibləri
75 (75). Qırğızıstan - 424
93 (94). Farer adaları – 364
117 (119). Qazaxıstan - 273
139 (139). Latviya - 217
152 (152). Kosovo - 164
185 (185). Malta - 62
Qeyd edək ki, qonşu Türkiyə millisi 714 xalla 37-ci yerdə qərarlaşıb.