Sabah 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2017-nin seçmə mərhələsində 5-ci oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri növbəti xalını qazanmaq üçün Finlandiya ilə sınağa çıxacaq.
Son üç qarşılaşmasında quru hesabla məğlub olan millimiz azarkeşləri qarşısında bəraət qazanmaq üçün liderlər qrupunda qərarlaşan skandinaviyalıları məğlub etməlidi. Xüsusilə də Avstriyada üzləşdiyi böyükhesablı məğlubiyyətdən (0:7) sonra komandamızın xal qazanmağa borcludu.
Yarışa Farer adalarındakı minimal hesablı səfər qələbəsi ilə başlayıb, azarkeşlərini ümidləndirən yığmanın sonrakı görüşlərdə 12 cavabsız qol buraxmasının ardından uğurlu nəticə vacibdi. Çünki qalib gəlsə, komandamız 3-cü pilləyədək irəliləyəcək. Bu da ardıcıl məğlubiyyətlər fonunda futbolçularda psixoloji durumu nisbətən sabitləşdirər.
Qazanılacaq xal yığmamızın tsikldə “Dalğa Arena”da əldə edəcəyi ilk müsbət nəticə olacaq. Lakin bunun üçün futbolçular ağır səfər məğlubiyyətini unudub, Finlandiya ilə matça köklənməlidi. Məşqçilər korpusu yetirmələrini psixoloji cəhətdən hazırlaya bilməsə, final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan şimallılar da Bakıdan 3 xalla dönəcək. Yığmamızın növbəti qarşılaşmasını Almaniyada keçirəcəyini nəzərə alsaq, xal hesabını indidən artırmaq lazımdı. Çünki Reqensburq səfəri heç də Avstriyadakından asan olmayacaq.
21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsi
13 oktyabr
7-ci qrup
19:00. Azərbaycan – Finlandiya
Baş hakim: Milan İliç
Baş hakimin köməkçiləri: Milan Miniç, Srcan Milutinoviç
Dördüncü hakim: Robert Kiş Kepeqi (hamısı Serbiya)
UEFA nümayəndəsi: Lukas Syotropos (Yunanıstan)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
Bakı. “Dalğa Arena” stadionu
|
1 |
Avstriya |
3 |
3 |
0 |
0 |
13-3 |
9 |
|
2 |
Almaniya |
2 |
2 |
0 |
0 |
7-0 |
6 |
|
3 |
Finlandiya |
3 |
2 |
0 |
1 |
5-4 |
6 |
|
4 |
Azərbaycan |
4 |
1 |
0 |
3 |
1-12 |
3 |
|
5 |
Rusiya |
2 |
0 |
0 |
2 |
3-6 |
0 |
|
6 |
Farer adaları |
2 |
0 |
0 |
2 |
0-4 |
0 |