Bu gün FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması siyahıda 10 pillə geriləyib.
Hazırda yığmamız planetin 115-ci komandasıdı. Ötən ay 328 xalla 105-ci yerdə olan seçməmizin 10 addım geriləməsinə səbəb AVRO-2016-nın seçmə oyunlarında İtaliyaya evdə (1:3), Bolqarıstana səfərdə (0:2) uduzmasıdı. Nəticədə yığmamızın xal hesabı 293-ə düşüb.
Bundan istifadə edən Niger, Aruba, Gürcüstan, Kuba, Botsvana, Burundi, Zimbabve, Kipr, Sent-Kitts Nevis, Mərkəzi Afrika Respublikası və Mavritaniya yığmamızı arxada qoyub. Amma daha böyük geriləməsi olan bəzi komandaların aşağı yuvarlanması millimizin enişinin "on"u keçməməyi ilə nəticələnib.
Millimiz və “qonşuları”
110 (126). Mərkəzi Afrika Respublikası - 302
111 (110). Gürcüstan - 301
112 (115). Aruba - 299
113 (105). Liviya - 297
114 (108). Efiopiya - 294
115 (105). AZƏRBAYCAN – 293
115 (123). Bəhreyn - 293
117 (118). Beliz - 292
118 (127). Madaqaskar - 290
118 (126). Namibiya - 290
120 (129). KXDR - 288
İlk “onluq”
1 (3). Belçika – 1440
2 (2). Almaniya – 1388
3 (1). Argentina – 1383
4 (4). Portuqaliya – 1364
5 (9). Çili – 1288
6 (6). İspaniya - 1287
7 (5). Kolumbiya – 1233
8 (7). Braziliya – 1208
9 (10). İngiltərə - 1179
10 (11). Avstriya - 1130
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
2 (2). Almaniya – 1388
17 (15). Çexiya - 974
29 (35). Şimali İrlandiya - 797
46 (34). Norveç - 637
196 (196). San-Marino - 35
Qeyd edək ki, qonşu Türkiyə yığması 941 xalla 19 pillə irəliləyərək, 18-ci yerə yüksəlib.