[b]Yığmamız 4 cavabsız qolla qələbə qazandı[/b]
18.08.2014 - 23:08
Sloveniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının xəbərinə görə, yerli “Triglav” klubunun U-19 komandası ilə qarşılaşan millimiz 4:0 hesabı ilə qələbə qazanıb. Oruc İsmayılov, Kazım Birkan və Xəyal Əmirlinin hərəyə bir qol vurduğu oyunda bir dəfə avtoqol qeydə alınıb.
0
0