[b]Yığmamız ABŞ-da “-2” aldı[/b]
28.05.2014 - 08:12
[b]Yığmamız ABŞ-da “-2” aldı[/b]

Azərbaycan millisinin ABŞ-la yoxlama oyununun FİFA reytinqinə nə dərəcədə təsir edəcəyi bəlli olub. Apasport.az saytının məlumatına görə, San-Fransiskodakı 0:2 hesablı məğlubiyyət Berti Foqtsun yetirmələrinin xal itkisi ilə nəticələnib.

 

Son reytinqdə 398 xalla planetin 85-cisi olan yığmamız səfərdə 2 xal itirib. Belə ki. komandamız növbəti siyahıda 396 xala malik olacaq. Bunun millimizin mövqeyinə necə təsir edəcəyi isə digər komandaların nəticələrindən asılıdır.

 

ABŞ yığması isə qələbə ilə xeyli xal qazanıb. 1015 xalla dünyanın 14-cüsü olan “yankilər”  yığmamızı udmaqla xal hesabını 1044-ə çatdırıb. 29 xalın qazanılması amerikalıların 2-3 pillə irəliləməsinə səbəb ola bilər.