[b]Yığmamız Gürcüstanla heç-heçə oynadı[/b]
17.11.2017 - 17:17
Bu gün Tiflisdə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yığmamızın qollarını Umnisə Əliyeva və Melis Ersoy vurub.
Qeyd edək ki, komandalar daha 1 oyun keçirəcək.
Mənbə: affa.az
0
0