Almaniyada keçirilən 17 yaşadək qızlardan ibarət Avropa çempionatının elit-raund mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi bu gün VII qrupda növbəti matçına çıxıb.
Martın 22-dəki ilk görüşündə meydan sahibi Almaniyaya böyük hesabla (0:5) məğlub olan qızlarımız bu dəfə İrlandiya ilə üz-üzə gəlib.
Qrafsvald şəhərindəki “Volksstadion”da baş tutacaq görüş yığmamız üçün yenə məğlubiyyətlə yekunlaşıb. Komandamız 1 qola üzülüb.
Avropa çempionatının elit-raund mərhələsi
II tur
25 mart
İrlandiya U-17 - Azərbaycan U-17 - 1:0
Qol: Boyl Karr, 47
Baş hakim: Meytar Şemeş (İsrail)
Hakim köməkçiləri: May Moalem (İsrail), Anya Klimm (Almaniya)
Dördüncü hakim: Miriam Şveynefus (Almaniya)
Qrafsvald. “Volksstadion”
|
1. |
Almaniya |
1 |
1 |
0 |
0 |
5:0 |
3 |
|
2. |
İslandiya |
1 |
1 |
0 |
0 |
2:1 |
3 |
|
3. |
İrlandiya |
2 |
1 |
0 |
1 |
2:2 |
3 |
|
4. |
Azərbaycan |
2 |
0 |
0 |
2 |
0:6 |
0 |