[b]Yığmamız Kubanı keçir[/b]
14.12.2015 - 12:47
[b]Yığmamız Kubanı keçir[/b]

FİFA yanvarın 7-də milli komandaların növbəti reytinq cədvəlini açıqlayacaq. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin ilk cədvəlində komandaların hansı pillələrdə qərarlaşacağı ilə bağlı təxmini siyahı müəyyənləşib.

 

Azərbaycan yığması burada 116-cı pillədə yer alıb. Hesabında 296 xalı olan komandamız dekabrda açıqlanan siyahı ilə müqayisədə təxmini cədvəldə 1 pillə irəliləyib.

 

Bu müddətdə heç bir rəsmi matça çıxmayan Robert Prosineçkinin yetirmələrinin gözlənilən mövqe dəyişikliyinə digər yığmaların nəticələri səbəb olacaq. Belə ki, Kuba millisinin 45 pilləlik geriləməsi yığmamızı irəli salıb.

 

Millimiz və “qonşuları”
 

110 (110). Mərkəzi Afrika Respublikası - 302

110 (116) Mavritaniya - 302

112 (114). Çad – 301

112 (105). KXDR - 301

114 (115). Aruba - 298

115 (92). Nikaraqua - 297

116 (117). AZƏRBAYCAN – 296

117 (119). Türkmənistan - 294

118 (120). Efiopiya – 291

119 (121). Sent-Kitts və Nevis – 289

120 (122). Gürcüstan – 286

121 (123). Ermənistan – 285

 

 

Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayacaq. Planetin nəhəngləri mövqelərini də qoruyacaq.

 

İlk “onluq”

1 (1). Belçika – 1494
2 (2). Argentina – 1455

3 (3). İspaniya - 1370
4 (4). Almaniya – 1347
5 (5). Çili – 1269

6 (6). Braziliya – 1251

7 (7). Portuqaliya – 1219

8 (8). Kolumbiya – 1211

9 (9). İngiltərə - 1106

10 (10). Avstriya - 1091

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də yeri və xalı dəyişməz qalacaq.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

 

4 (4). Almaniya – 1347

26 (26). Çexiya - 860

30 (30). Şimali İrlandiya - 825

54 (54). Norveç - 591
198 (196). San-Marino - 28


Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda 933 xalla 21-ci yerdə qərarlaşaraq, mövqeyini qoruyub.