Sabah futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, tədbir həlledici raundu qəbul edəcək Sloveniyanın Lyublyana şəhərində baş tutacaq.
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Tədbirdə AVRO-2018-in 12 iştirakçısı 4 qrupa bölünəcək. Təşkilatçı ölkə Sloveniya qaydalara uyğun olaraq, A qrupunun 1-ci komandası kimi püşkatmaya qatılmayacaq.
Bu üzdən də tədbir öncəsi təşkil olunan səbətlərdən birincisində 3 komanda var. Ən güclülərin yer aldığı bu “üçlük”də son Avropa çempionu İspaniya və qitə birinciliklərinin reytinq siyahısında ən yaxşı yerlərin sahibləri qərarlaşıb. Bunlar Rusiya və Portuqaliya milliləridi. Bu üç komanda futzal nəhənglərindən sayıldığı üçün digər səbətlərdəki yığmalar meydan sahiblərinə rəqib olmaq arzusundadı.
Bunu Azərbaycan millisinə də şamil etmək olar. Ardıcıl 5-ci dəfə final mərhələsində iştirak edəcək yığmamızın özü 2-ci səbətdə qərarlaşıb. Komandamız özü ilə eyni səbətdə yer alan İtaliya, Qazaxıstan və Ukrayna ilə bir qrupa düşə bilməyəcək.
Sonuncu səbətdə pley-offun qalibləri yer alıb. Final mərhələsində zəif komanda olmasa da, yığmamız üçün bu səbətin bütün millilərini münasib saymaq olar. Çünki ən azı 1/4 finala çıxmaq üçün mübarizə aparacaq Joze Alesionun yetirmələri qrup “üçüncüsü”nü yenməlidi ki, istəyinə çatsın.
I səbət: İspaniya, Rusiya, Portuqaliya
II səbət: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan
III səbət: Polşa, Rumıniya, Fransa, Serbiya
Rusiya və Ukrayna yarımfinala qədər bir-biri ilə qarşılaşa bilməz. Onların eyni qrupa düşməsini əngəlləyən UEFA komandalardan birini A və B, digərini isə C və D qrupuna daxil edəcək. Bu da onunla bağlıdı ki, yığmalar 1/4 finalda da üz-üzə gəlməsin.
Artıq yarışın ilkin təqvimi də bəllidi. İlk turda istirahət edəcək millimiz fevralın 1-2-də qrupun sonuncu səbətdən gələn komandası ilə görüşəcək. Ayın 3-4-də isə 1-ci komanda ilə matç baş tutacaq.
Final mərhələsinin təqvimi
Qrup mərhələsi
I tur
30 yanvar
Sloveniya – A3
B1 – B3
31 yanvar
C1 – C3
D1 – D3
II tur
1 fevral
A3 – A2
B3 – B2
2 fevral
C3 – C2
D3 – D2
III tur
3 fevral
A2 – Sloveniya
B2 – B1
4 fevral
C2 – C1
D2 – D1
1/4 final
5 fevral
1A – 2B
1B – 2A
6 fevral
1C – 2D
1D – 2C
Yarımfinal
8 fevral
1A–2B qalibi - 1C–2D qalibi
1B–2A qalibi – 1D–2C qalibi
10 fevral
III yer uğrunda oyun
Final
Qeyd edək ki, final mərhələsinin oyunları Lyublyanadakı “Stojitse Arena”da baş tutacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”