17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız Qəbələdə hazırlıq keçəcək.
Yanvarın 8-dən 22-dək davam edəcək toplanışa 28 futbolçu dəvət edilib. Komandanın yeni baş məşqçisi Ramin Quliyev heyətə yalnız yerli klublarda çıxış edənləri çağırıb: Ramin Məhərrəmov, Fərid Muxtarov, Samir Abdullayev, Şirin Şirinov (hamısı “Keşlə”), Nemət Musayev (“Kəpəz”), Musa Qurbanlı (“Qarabağ”), Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxamirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, Çingiz Məmmədov, Samir Məhərrəmov, Kamal Kazımov, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Murad Əhmədov (“Neftçi” İK İB), Mahir Həsənov, Mirəli Əhmədov, Fərid Yusifli, Valeh Qəhramanlı (hər ikisi “Neftçi”), Cəlal Cəbrayılov (“Sumqayıt”), Fərid Xasıyev (“Turan Tovuz”), Məhəmməd Əhmədov, Emil Quluzadə, Bəhruz Tanrıverdiyev (hamısı “Vətən”), Samir Qasımov (“Zirə”).