[b]Yığmamızın heyətinə daha 3 futbolçu qatıldı[/b]
08.09.2015 - 09:29
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına daha 3 futbolçu qoşulub. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Coşqun Diniyev (“Qarabağ”), Elvin Camalov (“Qəbələ”) və Elnur Cəfərov (“Xəzər Lənkəran”) U-21-in heyətinə cəlb olunub.
Xatırladaq ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində bu gün Almaniya yığması ilə qarşılaşacaq.
Saat 19:00-da başlayacaq matç “Dalğa Arena”da keçiriləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0