[b]Yığmamızın məşqçiləri yoxlama oyunlarını izlədi[/b]
10.01.2015 - 23:06
[b]Yığmamızın məşqçiləri yoxlama oyunlarını izlədi[/b]

Azərbaycan milli komandasının məşqçilər korpusunun üzvləri Topaz Premyer Liqası klublarının hazırlıq prosesini izləmək məqsədilə Türkiyənin Antalya şəhərində səfərdədi. Apasport.az saytının məlumatına görə, Draqan Spasiç və Elxan Abdullayev “Simurq”un məşqini və “Xəzər Lənkəran” – “Tekirdağspor” yoxlama oyununu, Qordan Tsipriç, Mahmud Qurbanov və Faiq Əzizov isə “Qəbələ” – PSV-2 qarşılaşmasını izləyiblər.

 

 Zaqatala təmsilçisinin daha bir məşqində isə Mahmud Qurbanov və Faiq Əzizov olub.

 

affa.az