[b]Yığmamızın məşqi ləğv olundu[/b]
18.08.2014 - 21:51
Bakıda təlim-məşq toplanışında olan Azərbaycan yığmasının məşq cədvəlində dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbərinə görə, millimizin sabah saat 10:15-ə təyin olunan məşqi ləğv olunub.
Xatırladaq ki, sabah saat 17:30-da, “Sheraton Baku Airport Hotel”in "Çinar-3" zalında Azərbaycan yığmasının mətbuat konfransı, saat 18:15-də isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat üçün açıq məşqi keçiriləcək.
0
0