[b]Yığmamızın mümkün rəqibləri bəlli oldu[/b]
30.10.2017 - 15:15
[b]Yığmamızın mümkün rəqibləri bəlli oldu[/b]

17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, bununla da elit-raundun bütün iştirakçıları bəlli olub.

 

Bu mərhələyə birbaşa qatılan Almaniya yığması ilə mübarizə aparacaq 27 komanda arasında Azərbaycan millisi də var. Yığmamız qrup üçüncüsü kimi tur adlayan 5 komandadan biridi.

 

Elit-raundun püşkatması noyabrın 24-də keçiriləcək. Həmin tədbirdə komandalar hərəsində 4 yığma olmaqla 7 qrupa bölünəcək. Seçmə oyunlarının nəticəsinə görə müəyyənləşəcək səbətlərin tərkibi tam açıqlanmadığından hələlik bütün komandalar yığmamızın mümkün rəqibləridi.

 

1-ci qrup: Polşa, İsveçrə

2-ci qrup: İngiltərə, Şotlandiya

3-cü qrup: İspaniya, İslandiya, Azərbaycan

4-cü qrup: İrlandiya, Bosniya və Herseqovina, Rumıniya

5-ci qrup: Fransa, Danimarka
6-cı qrup: İsveç, Rusiya, İsrail

7-ci qrup: Hollandiya, Çexiya, Türkiyə

8-ci qrup: Macarıstan, Norveç

9-cu qrup: Serbiya, Belçika
10-cu qrup: Avstriya, Portuqaliya
11-ci qrup: İtaliya, Finlandiya, Sloveniya