[b]Yığmamızın oyunlarının təqvimi açıqlandı[/b]
14.09.2016 - 18:02
[b]Yığmamızın oyunlarının təqvimi açıqlandı[/b]

17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin III qrupunun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da çıxış edəcəyi qrupun matçları oktyabrın 8-də start götürəcək.

 

Millimiz növbəti mərhələyə vəsiqə uğrunda Estoniya, Polşa və Macarıstanla mübarizə aparacaq. Bu qrupun matçları Macarıstanın Buk və Sombathey şəhərlərində keçiriləcək.

 

17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi

III qrup

 

I tur, 8 oktyabr

17:00. Azərbaycan – Macarıstan

Buk. Şəhər stadionu

17:00. Polşa – Estoniya

Sombathey. Kirali İdman Mərkəzi

 

II tur, 10 oktyabr

17:00. Polşa – Azərbaycan

Sombathey. Kirali İdman Mərkəzi

17:00. Macarıstan – Estoniya

Buk. Şəhər stadionu

 

III tur, 13 oktyabr

17:00. Macarıstan – Polşa

Buk. Şəhər stadionu

17:00. Estoniya – Azərbaycan

Sombathey. Kirali İdman Mərkəzi