[b]Yığmamızın rəqibləri bəlli oldu[/b]
03.12.2015 - 13:15
[b]Yığmamızın rəqibləri bəlli oldu[/b]

19 yaşadək futbolçular arasında Avropa çempionatının növbəti mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, final mərhələsi Gürcüstanda keçiriləcək Avro-2017-nin seçmə mərhələsində 52 komanda mübarizə aparacaq.

 

İştirakçılar ilkin mərhələdə hərəsində 4 komanda olmaqla 13 qrupa bölünüblər.

 

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticələrinə görə, Azərbaycan yığması V qrupda yer alıb. Millimizin rəqibləri Avstriya, Litva, Bosniya və Herseqovina komandaları olublar. 

 

Millimizin yer aldığı qrupun oyunları gələn il, 4, 6 və 9 oktyabr tarixlərində Litvada baş tutacaq.