[b]Yığmamızın şimal səfəri: Əvvəl Finlandiya, sonra İrlandiya[/b]
12.02.2015 - 12:09
[b]Yığmamızın şimal səfəri: Əvvəl Finlandiya, sonra İrlandiya[/b]

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda çıxış edəcək Azərbaycan millisi hazırlıq məqsədilə ardıcıl iki təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanın Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.

 

Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə yoldaşlıq oyununda qarşılaşacaqlar.

 

Toplanışlara ümumilikdə 22 futbolçu dəvət olunub: Bunlar Ağaseyid Qasimov (“Qarabağ”), Fəhmin Muradbəyli, Sənan Əlizadə, Mirkamil Həşimli (hamısı “Neftçi”), Təyyar Məmmədov, Mahir Mədətov, Renat Ağaverdiev (hamısı “Bakı”), Bəhlul Mustafazadə, Emin Zamanov, Yusif Nəbiyev, Ayxan Əsədov, Qismət Əliyev (hamısı “Qəbələ”), Elnur Süleymanov, Mansur Nahavəndi, Ülvi İbazadə, Məhəmməd Məmmədov, İlkin Sadiqov (hamısı “İnter”), Budaq Nəsirov, Fərid Kərimzadə (hər ikisi “Sumqayit”), Turan Hüseynzadə (“Xəzər Lənkəran”), Vadim Ağarəhimov (“Zenit”, Sankt-Peterburq, Rusiya) və Elgün Uluxanovdu (MOİK, Moskva, Rusiya).

 

Qeyd edək ki, Qismət Əliyev yalnız Finlandiya toplanışında iştirak edəcək. Mirkamil Həşimli və Turan Hüseynzadə komandaya İrlandiya toplanışında qoşulacaq.

 

Mənbə: affa.az