17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Siyasət Əsgərov Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün 21 oyunçuya dəvət göndərib.
O, yanvarın 2-dən 12-dək baş tutacaq hazırlıqda Qrasia Maila Kurto, Dilgə Uyğun, Zəhra İncəoglu (hər üçü Frankfurt, Almaniya), Nigar Əbdülova (UGFM), Cəmilə Hüseynova, İlahə Nuriyeva, Nino Qurqenidze, Salome Qasviani (Zaqatala), Arzu Əliyeva, Ayşən Əhmədova, Firəngiz Teymurova, Ceylan Əmirəliyeva, Nərmin İsmayılova (hamısı Təhsil, Bakı), Gültac Məmmədəliyeva, Rəvanə Səfiyeva (hər ikisi Sumqayıt), Vüsalə Hacıyeva (Nuray, Tovuz), Rövşanə Sərdarlı, Aytən İbadova (hər ikisi İmişli), Çağla Miray Kanpara (Lübars, Almaniya), Mərvə Özdəmir (Ayntraxt, Almaniya) və Vüsalə Seyfətdinovanı (Şəki) yoxlayacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı