[b]Yığmamızın üzvü Türkiyədə baş məşqçisiz qaldı[/b]
05.12.2015 - 12:21
[b]Yığmamızın üzvü Türkiyədə baş məşqçisiz qaldı[/b]

Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak baş məşqçisiz qalıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, onun formasını geyindiyi “Qaziantep BB” klubu baş məşqçisi Hakan Kutlu ilə yollarını ayırıb.

 

PTT I liqada geridə qalan 13 turdan sonra aktivindəki 21 xalla 7-ci pillədə qərarlaşan qazianteplilər liderdən cəmi 2 xal geri qalırlar. Buna baxmayaraq, rəhbərlik təcrübəli mütəxəssislə vidalaşmaq qərarına gəlib.

 

Kutlu ilə İdarə Heyətinin üzvləri arasında baş tutan iclasdan sonra baş məşqçinin istefa verdiyi açıqlanıb.